AZ

Polisin əmrinə tabe olmayan qazi avtomobilini yandırmaq istədi - DİN-dən REAKSİYA

"Abşeron sakini Qadir Cəfərovun polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsi barədə səsləndirdiyi iddialar əsassızdır".

Bu barədə seher.media-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirilib:

"Avqustun 21-də paytaxtın Yasamal rayonunda Q.Cəfərov idarə etdiyi "Toyota" markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq işıqforun qadağanedici işarəsində dayanmadığı üçün ərazidə xidmət aparan Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlama zamanı onun sürücülük hüququnun məhdudlaşdırıldığı müəyyən edildiyindən avtomobilin cərimə meydançasına yerləşdiriləcəyi barədə ona məlumat verilib.

Bu zaman qazi Q.Cəfərov polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq intizamsızlıq nümayiş etdirib və avtomobilin üzərinə benzin tökərək yandırmağa cəhd edib.

Polis əməkdaşları tərəfindən onun bu cəhdinin qarşısı alınıb".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
50
seher.media

10Mənbələr