Bakı. Trend:
ABŞ-nin keçmiş prezidenti Donald Tramp dəstək baxımından ABŞ-ınvitse-prezidenti Kamala Harrisi qabaqlayır.
Trend-inməlumatına görə, bu barədə “The Wall Street Journal”ın keçirdiyisorğunun nəticələrində qeyd olunub.
Araşdırmalara əsasən, seçicilərin 49 faizi D.Trampı dəstəkləyir,amerikalıların 47 faizi K.Harrisə səs verməyə hazırdır. Sorğuiyulun 23-dən 25-dək 1 min amerikalı arasında aparılıb, xəta 3,1faiz bəndi təşkil edir.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-dəkeçiriləcək.