AZ

Tramp seçkilərin nəticələrinə təsir edən ştatların çoxunda Harrisə uduzur

Bakı. Trend:

Keçmiş ABŞ lideri Donald Tramp, noyabr ayında keçiriləcəkprezident seçkilərinin nəticələrinə təsir edən yeddi ştatdandördündə ABŞ-ın vitse-prezidenti Kamala Harrisə məğlub olur.

Trend xəbər verirki, bu barədə “Bloomberg” və “Morning Consult”un keçirdiyi sorğununnəticələrində göstərilib.

Harris Arizona (49% - 47%), Viskonsin (50% - 47%), Miçiqan (53%- 42%), və Nevada (47% - 45%) ştatlarında Trampdan üstün gəlir.

Corciya ştatında namizədlər eyni səviyyədə dəstək alsalar da(47%), Tramp Pensilvaniya (50% - 46%) və Şimali Karolinada (50% -46%) daha çox dəstəkçiyə malikdir.

Sorğu iyulun 24-dən iyulun 28-dək aparılıb və 17 ştatdan 5 minəyaxın amerikalı seçici iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
4
az.trend.az

10Mənbələr