AZ

"Paris-2024": Olimpiadanın rəsmi açılışı oldu, məşəl alovlandırıldı

"Paris-2024" Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib.

Sportnet.az xəbər verir ki, Sena çayı sahilində olunan tədbir minlərlə idmançını daşıyan 85 gəminin Austerlits körpüsündən hərəkəti ilə başlayıb.

Daha sonra Paris Olimpiadasına həsr olunmuş maraqlı videoçarx nümayiş etdirilib, Sena çayının üzərindəki körpüdə atəşfəşanlıq və su şousu olub. Ardınca Olimpiada iştirakçısı olan ölkələrin rəsmi paradı baş tutub. Azərbaycan komandası paradda 16-cı sırada yer alıb. Ölkəmizin bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev dalğalandırıblar. Olimpiya Oyunlarının vətəni hesab olunan Yunanıstan yığması parada birinci, Fransa isə ev sahibi ölkə kimi sonuncu çıxıb.

Bədii hissədən və rəsmi çıxışlardan sonra Fransa prezidenti Emmanuel Makron Oyunları açıq elan edib.

Sonda isə Olimpiya məşəli alovlandırılıb. Məşəli fransalı məşhur cüdoçu Teddi Riner və atlet Mari-Joze Perek yandırıblar. Hava şarı formasında olan məşəl daha sonra Paris səmasına buraxılıb.

Qeyd edək ki, Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
50
sportnet.az

10Mənbələr