AZ

Olimpiadada evlilik təklifi - VİDEO

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında maraqlı anlar yaşanıb.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, çinli badmintonçu Huanq Yaqionq evlilik təklifi alıb. Belə ki, Huanq qarışıq cütlük badminton yarışında qızıl medal qazanıb və kürsüdə medalı təqdim edildikdən sonra sürprizlə qarşılaşıb. Huanqın sevgilisi, Paris Oyunlarında yarışan çinli badmintonçu Liu Yuçenis izdiham qarşısında diz çökərək ona evlilik təklifi edib. İdmançı sevincdən göz yaşlarını saxlaya bilməyib. “Bu gün mən olimpiya çempionuyam və üstəlik evlilik təklifi aldım. Hansı hisləri keçirdiyimi təsəvvür edə bilməzsiniz. Gözləmədiyim bir şey oldu”, - o deyib. Həmin görüntüləri təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
50
manset.az

10Mənbələr