AZ

Akif Nağının imzaları təqdim olundu

Bu gün Azad Vətən Partiyasının sədri Akif Nağının tərəfdarları tərəfindən toplanan 500 nəfərlik imza vərəqələri qeydiyyata alındığı 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinə təqdim olunub.

A. Nağı imza toplayan partiya üzvlərinə, imzasını verən seçicilərə təşəkkürünü bildirib, qeyd edib ki, hər yerdə Ağdam, Şuşa, Xocavənd seçiciləri onun namizədliyini xüsusi rəğbətlə qarşılayıb, uğurlar arzulayıb, hətta bir çox adam Azad Vətən Partiyasına üzv olmaq istədiklərini vurğulayıb, bəziləri artıq üzv olub.

Deputatlığa namizəd onu da vurğulayıb ki, seçkilər üçün normal, bərabər, qərəzsiz şərait yaradılıb, heç yerdə təzyiq və ya təhdidlə üzləşməyiblər, Dairə Seçki Komissiyasından xoş münasibət, peşəkarlıq, nəzakətli rəftar görüblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
moderator.az

2Mənbələr