AZ

Akif Nağının imzaları təqdim olundu

Bu gün Azad Vətən Partiyasının (AzVP) sədri, deputatlığa namizəd Akif Nağının tərəfdarları tərəfindən toplanan 500 nəfərlik imza vərəqələri qeydiyyata alındığı 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinə təqdim olunub. 

“Cebheinfo.az” xəbər verir ki, Akif Nağı imza toplayan partiya üzvlərinə və imzasını verən seçicilərə təşəkkürünü bildirib.

Partiya sədri Ağdam, Şuşa, Xocavənd seçiciləri hər yerdə onun namizədliyini xüsusi rəğbətlə qarşıladığını və ona uğurlar arzuladığını deyib. O, hətta bir çox adamın Azad Vətən Partiyasına üzv olmaq istədiklərini, bəzilərinin isə artıq üzv olduğunu vurğulayıb. Deputatlığa namizəd seçkilər üçün normal, bərabər, qərəzsiz şərait yaradıldığını və heç yerdə təzyiq və ya təhdidlə üzləşmədiklərini söyləyib. O, həmçinin Dairə Seçki Komissiyasından xoş münasibət, peşəkarlıq və nəzakətli rəftar gördüklərini də diqqətə çatdırıb.

“Cebheinfo.az”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
cebheinfo.az

2Mənbələr