AZ

Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - YENİLƏNDİ

Ağstafada avtomobillər toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, "Mercedes" markalı mikroavtobusla "VAZ" markalı avtomobilin toqquşması nəticəsində, 2007-ci il təvəllüdlü E.İsmayılzadə, 2006-cı il təvəllüdlü A.Şamxalov, 2009-cü il təvəllüdlü E.Hacıyev, 1987-ci il təvəllüdlü R.Qarayev və daha bir nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

23:01
Ağstafa şəhərində iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.

İki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar Ağstafa Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
11
bakupost.az

10Mənbələr