AZ

"Azərsun"dan "Saville" makaronu ilə bağlı görüntülərə reaksiya - "Hüquq-mühafizə orqanlarına müraciət ediləcək"

"Azərsun Holdinq" "Saville" makaron məhsulu ilə  bağlı sosial media platformalarında yayımlanan görüntülərlə bağlı açıqlama yayıb.

Açıqlama bildirilir:

"Bildirmək istəyirik ki, görüntülər həqiqəti əks etdirmir. Makaron məhsullarının çoxmərhələli yoxlamalardan keçərək insan əli dəymədən havasız paketlərə qablaşdırıldığını nəzərə alaraq belə bir hadisənin baş verməsinin qeyri-mümkün olduğunu əminliklə söyləmək olar. Bəzi media qurumlarının bu saxta məlumatın yayılmasında rol oynayaraq insanları çaşdırmasından təəssüfümüzü bildiririk. Məsələ ilə bağlı zəruri dəlillər toplanılaraq hüquq-mühafizə orqanlarına müraciət ediləcək".

Saville makaronAzersunHolding"
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
2
marja.az

3Mənbələr