AZ

"Azərsun"dan "Saville" makaronu ilə bağlı görüntülərə reaksiya - Hüquq-mühafizə orqanlarına müraciət ediləcək...

"Azərsun"dan "Saville" makaronu ilə bağlı görüntülərə reaksiya - Hüquq-mühafizə orqanlarına müraciət ediləcək...

"Azərsun Holdinq" "Saville" makaron məhsulu ilə bağlı sosial media platformalarında yayımlanan görüntülərlə bağlı açıqlama yayıb.Açıqlamada bildirilir:"Bildirmək istəyirik ki, görüntülər həqiqəti əks etdirmir. Makaron məhsullarının çoxmərhələli yoxlamalardan keçərək insan əli dəymədən havasız paketlərə qablaşdırıldığını nəzərə alaraq belə bir hadisənin baş verməsinin qeyri-mümkün olduğunu əminliklə söyləmək olar. Bəzi media qurumlarının bu saxta məlumatın yayılmasında rol oynayaraq insanları çaşdırmasından təəssüfümüzü bildiririk. Məsələ ilə bağlı zəruri dəlillər toplanılaraq hüquq-mühafizə orqanlarına müraciət ediləcək".Qeyd edək ki, sosial şəbəkə istifadəçi paylaşım edərək iddia edib ki, marketlərin birindən aldığı “Saville” makaronu paketinin içində siçan balalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
2
afn.az

3Mənbələr