Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Sena çayında keçirilən mərasim idmançıları daşıyan 85 gəminin Austerlits körpüsündən hərəkətə başlaması ilə star verilib.
Tarixdə ilk dəfə yarışın açılış mərasimi stadiondan kənarda - Parisin mərkəzində keçirilir. İdmançıların paradı Sena çayından qayıqla keçməklə təşkil olunur.
Azərbaycan nümayəndə heyəti paraddan 16-cı keçib.
Qeyd edək ki, Azərbaycan millisi sayca 33-cü Yay Olimpiya Oyunlarında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun