"Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasimi olub.
Qaynarinfo xəbər verir ki, Olimpiya komandamız rəsmi parada 16-cı sırada qatılıb.
Sena çayında baş tutan paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıblar.
Qeyd edək ki, Azərbaycan komandası "Paris-2024”də 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Oyunlara avqustun 11-də bağlanış mərasimi ilə yekun vurulacaq.