AZ

Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib

Açılış mərasimi keçirilən “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının rəsmi paradı olub.

AZƏRTAC xəbər verir ki, Sena çayında gəmilərlə keçirilən paradda idmançılarımız 16-cı sırada yer alıblar.

Azərbaycan Bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev dalğalandırıblar.

Qeyd edək ki, Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Oyunlara avqustun 11-də bağlanış mərasimi ilə yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
18
yeniazerbaycan.com

10Mənbələr