AZ

Ziko Parisdə, Olimpiada zamanı qarət edilib

...Braziliyalı futbol əfsanəsi və CSKA-nın keçmiş baş məşqçisi Ziko 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunları zamanı qarət edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mash Telegram kanalı yazır.

Ziko Braziliya nümayəndə heyətinin tərkibində Fransaya gəlib. İyulun 25-də o, əşyaları ilə taksiyə minib və bu zaman naməlum şəxs maşının yanına qaçaraq qışqırmağa başlayıb. Bu zaman onun ortağı taksinin baqajına girərək Zikonun əşyalarını götürərək aradan çıxıb.

Deyilənlərə görə, keçmiş futbolçunun çamadanında brilyantlar, Rolex saatı, boyunbağı və pul olub.

Ümumi ziyan 540 min dollar təşkil edib.

Qeyd edilməlidir ki, oğurluq hadisəsi Paris Oyunları zamanı baş verən ilk hadisə deyil.

Belə ki, iyulun 25-də Argentina Olimpiya komandasının yarımmüdafiəçisi Tiaqo Almada Parisdə quldurların qurbanı olub.

Cənubi amerikalıların baş məşqçisi Xavyer Maskerano olimpiya turnirinin qrup mərhələsinin ilk turunun Mərakeş millisi ilə oyunundan sonra TyC Sports-a müsahibəsində bunu açıqlayıb.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
3
sia.az

10Mənbələr