AZ

Nəhənglər 2:2-yə razılaşdılar - TURUN ŞƏRHİ

Argentina çempionatında Amerika Kubokuna görə yaranan 33 günlük fasilə sona çatdı.

İndi yerli azarkeşlər milli komandanın bu turnirdəki növbəti qələbəsinin sevincini yaşamaqla yanaşı, daxili yarışların bərpasına görə də sevinirlər. İyulun 19-21-i aralığında keçirilən 6-cı turun oyunları liderlər qrupunda qismən dəyişikliyə yol açdı. 5-ci turda üçhakimiyyətlilik formalaşmışdısa, indi yüksək liqada iki komanda turnir cədvəlində şərikli liderlik edir.

Hesabat turuna topların daha yaxşı fərqinə (+7) əsasən 1-ci yerdə başlayan “Talyeres de Kordoba” üçün paytaxta səfər uğursuz alındı. Son mövsümün vitse-çempionu yeni “futbol ili”nə uğurlu başlamışdı. Amma Valter Ribonettonun çalışdırdığı komanda “Veles Sarsfild” qarşısında aciz qaldı. Üç cavabsız top buraxan kordobalılar bu mövsüm ilk məğlubiyyətlə birdən-birə 5-ci yerə düşdülər.

Tura şərikli liderlər kimi başlayan digər iki komanda da xal itirdi. Amma “Talyeres de Kordoba”dan fərqli olaraq hesabına xal yaza bildilər. “Atletiko Urakan” səfərdə “San Lorenso” ilə 1:1 hesabına razılaşdı. “Union” ilə “Estudiantes” isə bir-birinin qapısına yol tapa bilmədilər. Maraqlıdı ki, səfərdə qazanılan bir xal “Atletiko Urakan” ilə “Union”un şərikli lider kimi qalmasına şərait yaratdı.

Tura hərəyə 10 xal toplamaqla 4-6-cı yerlərdə başlayan komandalar da fərqli nəticələr göstərdilər. “Rasinq” evdə “Qodoy Krus”u 3:0, “İnstituto” isə “İndependyente”ni 3:1 hesabıyla məğlub etdi. Qalib komandalar uyğun olaraq 3-cü və 4-cü yerlərə yüksəldilər. “Ximnasiya” isə “İndependyente Rivadaviya”ya minimal hesabla uduzaraq 5-ci yerdən 8-ə düşdü.

“River Pleyt” bu mövsüm özünə heç bənzəmir. İlk 5 oyunda iki məğlubiyyət alan Argentinanın son çempionu evdə “Lanus”a qalib gələ bilmədi. Qələbə nədi, ölkə nəhəngi məğlubiyyətdən son saniyələrdə qaçdı - 2:2. Şərikli liderlərdən yenə 4 xal geri qalan Martin Demiçelisin komandasının 7-ci yerdəki mövqeyini itirmədiyini də qeyd edək.

“River” kimi mövsümün əvvəlində qeyri-sabit çıxış edən “Boka Xuniors” da, necə deyərlər, gah nala, gah da mıxa vurur. Dieqo Martinesin komandası səfərdə “Defensa y Xustisiya”ya ilə məhsuldar heç-heçəyə (2:2) razılaşdı. Ölkə nəhəngi növbəti xal itkisi ilə 11-ci yerdən 14-ə düşdü.

6-cı tur
Veles Sarsfild - Talyeres de Kordoba 3:0
B.Romero, 36. Akino, 53. T.Fernandes, 63.
San Lorenso - Atletiko Urakan 1:1
Kampi, 21 – Alarkon, 45.
Estudiantes - Union 0:0
Rasinq - Qodoy Krus 3:0
A. Martines, 10. Karbonero, 20. Roxas, 61.
İndependyente Rivadaviya - Ximnasiya 1:0
Rios, 37.
İnstituto - İndependyente 3:1
Russo, 3; 10. S.Rodriges, 22 – Luna, 15.
River Pleyt - Lanus 2:2
Borxa, 62; 90+4 – M.Moreno, 49. X.Torres, 90+2.
Arxentinos Xuniors – Tiqre 0:2
Armoa, 15. Baneqas, 70.
Defensa y Xustisiya - Boka Xuniors 2:2
Ramos Minqo, 13. Molinas, 35 – Merentyel, 20-p. Qutyerres, 51-öz qapısına.
Barrakas Sentral - Nyuellz Old Boyz 0:1
Moyano, 90+2-öz qapısına.
Belqrano - Deportivo Riestra 2:1
N.Fernandes, 66. Xara, 72 – X.Errera, 69.
Rosario Sentral - Sarmyento 4:2
Modika, 22; 36. A.Rodriges, 38. Cakkone, 79 – E.Mendes, 46. Qo, 83.
Banfild - Atletiko Tukuman - 1:1
Masyel, 17 - Tesuri, 64.
Sentral Kordoba - Platense 0:2
R.Martines, 48. Marsiç, 58.


1. Atletiko Urakan 6 4 2 0 9-3 14
2. Union 6 4 2 0 7-2 14
3. Rasinq 6 4 1 1 15-6 13
4. İnstituto 6 4 1 1 10-5 13
5. Talyeres de Kordoba 6 4 1 1 11-7 13
6. Belqrano 6 3 2 1 10-10 11
7. River Pleyt 6 3 1 2 11-6 10
8. Ximnasiya 6 3 1 2 10-6 10
9. İndependyente Rivadaviya 6 3 1 2 4-2 10
10. Rosario Sentral 6 2 3 1 11-8 9
11. Lanus 6 2 3 1 8-7 9
12. Nyuellz Old Boyz 6 3 0 3 4-5 9
13. Arxentinos Xuniors 6 3 0 3 6-9 9
14. Boka Xuniors 6 2 2 2 7-6 8
15. Veles Sarsfild 6 2 2 2 7-6 8
16. Estudiantes 6 2 2 2 5-5 8
17. Platense 6 2 2 2 7-6 8
18. Sarmyento 6 2 1 3 7-8 7
19. Atletiko Tukuman 6 1 4 1 5-6 7
20. İndependyente 6 1 3 2 5-8 6
21. Deportivo Riestra 6 2 0 4 4-7 6
22. Banfild 6 1 2 3 5-8 5
23. Tiqre 6 1 2 3 5-10 5
24. Defensa y Xustisiya 6 0 4 2 5-8 4
25. Barrakas Sentral 6 1 1 4 3-8 4
26. San Lorenso 5 0 2 3 3-6 2
27. Qodoy Krus (-3) 5 0 3 2 2-6 0
28. Sentral Kordoba 6 0 0 5 6-17 0


Bombardirlər: Borxa (River Pleyt), Pussetto (Atletiko Urakan), S.Rodriges (İnstituto) - 5, Bartissiotto (Talyeres de Kordoba), M.Ximenes (Banfild), Xara (Belqrano) - 4.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
football-plus.az

2Mənbələr