AZ

Son çempion 2-ci dəfə uduzdu - REPORTAJ

Argentina çempionatında keçirilən 5-ci turun oyunları liderlər qrupunda qismən dəyişikliyə yol açdı.

4-cü turda dördhakimiyyətlilik formalaşmışdısa, indi yüksək liqada 3 komanda turnir cədvəlində şərikli liderlik edir.

Hesabat turuna topların daha yaxşı fərqinə (+8) əsasən 1-ci yerdə başlayan “Rasinq” ardıcıl 3 qələbədən sonra uduzdu. Qustavo Kostasın komandası Lanusda eyniadlı komandadan xal ala bilmədi. İki cavabsız top buraxan avelyanedalılar 4-cü yerə düşdülər.

Son mövsümün vitse-çempionu yeni “futbol ili”nə uğurlu başlayıb. “Talyeres de Kordoba” bu dəfə “Platense”yə 2:1 hesabıyla qalib gəldi. Valter Ribonettonun çalışdırdığı komanda topların daha yaxşı fərqinə (+8) əsasən 1-ci yerə yüksəldi.
Tura şərikli liderlər kimi başlayan digər iki komanda da uğurlu nəticələr göstərdilər. “Atletiko Urakan” evdə “İndependyente Rivadaviya”ya Pussettonun yeganə qolu ilə qalib gəldi. 28 yaşlı hücumçu 5-ci qolunu vurmaqla bombardirlərin yarışında vahid liderliyi ələ aldı. Şərikli liderlərdən “Union” isə evdə “San Lorenso”ya 2:1 hesabıyla qalib gəldi. Nəticədə cədvələ hərəyə 13 xalla başçılıq edənlərin sayı 3-ə bərabər oldu.

3-cü turun “Arxentinos Xuniors” ilə səfər oyununda bu mövsüm ilk məğlubiyyətini (0:1) alan “River Pleyt”in “Deportivo Riestra”ya uduzması gözlənilməz oldu. Argentinanın son çempionu heç də ən iddialılar sırasına daxil olmayan rəqibin inamlı müdafiə və effektli əks hücumları qarşısında aciz qaldı. Gözlənilməz məğlubiyyətin Martin Demiçelisin komandasını 5-ci yerdən 7-yə saldığını da qeyd edək.
Mövsümün əvvəlində qeyri-sabit çıxış edən “Boka Xuniors” isə 2 oyunluq qələbəsizliyə son qoydu. Ölkə nəhəngi “Veles Sarsfild” ilə ev oyununda minimal hesabla qalib gəldi. Məşhur uruqvaylı hücumçu Kavaninin vurduğu yeganə qol Dieqo Martinesin başçılıq etdiyi “Boka”nı 18-ci yerdən 11-ə yüksəltdi.

5-ci tur
Lanus - Rasinq 2:0

Karrera, 44. Bou, 64.

Talyeres de Kordoba - Platense 2:1
Bartissiotto, 7. A. Martines, 70 – Minerva, 45+1.

Atletiko Urakan - İndependyente Rivadaviya 1:0
Pussetto, 15.

Union - San Lorenso 2:1
Pardo, 79. Morales, 82 – Koelyo, 36.

Deportivo Riestra - River Pleyt 2:0
Barrionuevo, 56. Beneqas, 90+2-p.

Ximnasiya - Barrakas Sentral 2:1
B.Dominges, 30-p. Kastilyo, 85 – Yakobellis, 52.

Nyuellz Old Boyz - İnstituto 0:2
Lodiko, 8. Russo, 57.

Boka Xuniors - Veles Sarsfild 1:0
Kavani, 61.

Qodoy Krus - Rosario Sentral 1:1
Ulariaqa, 45+4-p. – Kopetti, 20.

Arxentinos Xuniors - Sentral Kordoba 2:1
Oros, 13. Qalvan, 58 – Vaskes, 77.

İndependyente – Banfild 2:1
Lopes Qrobin, 3. Avalos, 52-p. - M.Ximenes, 28.

Tiqre - Belqrano 1:1
F.Ferreyra, 5 – M.Suares, 65.

Sarmyento - Estudiantes 2:0
Qudinyo, 58. Manuel Qarsiya, 67.

Atletiko Tukuman - Defensa y Xustisiya 1:1
Tesuri, 13 – Molinas, 32.

1. Talyeres de Kordoba 5 4 1 0 11-4 13
2. Atletiko Urakan 5 4 1 0 8-2 13
3. Union 5 4 1 0 7-2 13
4. Rasinq 5 3 1 1 12-6 10
5. Ximnasiya 5 3 1 1 10-5 10
6. İnstituto 5 3 1 1 7-4 10
7. River Pleyt 5 3 0 2 9-4 9
8. Arxentinos Xuniors 5 3 0 2 6-7 9
9. Lanus 5 2 2 1 6-5 8
10. Belqrano 5 2 2 1 8-9 8
11. Boka Xuniors 5 2 1 2 5-4 7
12. Sarmyento 5 2 1 2 5-4 7
13. İndependyente Rivadaviya 5 2 1 2 3-2 7
14. Estudiantes 5 2 1 2 5-5 7
15. Rosario Sentral 5 1 3 1 7-6 6
16. Atletiko Tukuman 5 1 3 1 4-5 6
17. İndependyente 5 1 3 1 4-5 6
18. Deportivo Riestra 5 2 0 3 3-5 6
19. Nyuellz Old Boyz 5 2 0 3 3-5 6
20. Veles Sarsfild 5 1 2 2 4-6 5
21. Platense 5 1 2 2 3-5 5
22. Banfild 5 1 1 3 4-7 4
23. Barrakas Sentral 5 1 1 3 3-7 4
24. Defensa y Xustisiya 5 0 3 2 3-6 3
25. Tiqre 5 0 2 3 3-10 2
26. San Lorenso 4 0 1 3 2-5 1
27. Qodoy Krus (-3) 4 0 3 1 2-3 0
28. Sentral Kordoba 5 0 0 5 6-15 0

Bombardirlər: Pussetto (Atletiko Urakan) - 5, Bartissiotto (Talyeres de Kordoba), M.Ximenes (Banfild), S.Rodriges (İnstituto) – 4.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
35
football-plus.az

10Mənbələr