AZ

Azərbaycanlı hakim Konfrans Liqasının oyununa təyinat alıb

FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb.



Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Kosovoda yerli “Drita” və İslandiyanın “Breydablik” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.



Umudluya Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.



İyulun 30-da Poduyevo şəhərində yerləşən “Zahir Payaziti” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketləraffa Kamal Umudlu

Seçilən
25
20
komanda.az

10Mənbələr