AZ

Ermənistanla münasibətlərin normallaşması üzrə danışıqlar davam edir - Ceyhun Bayramov

Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üzrə danışıqlar davam edir.

7News.Az Trend-ə istinadən bildirir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Somali həmişə Azərbaycanın haqq mövqeyini dəstəkləyib.

"Bu, həm 44 günlük müharibə zamanı, həm də ondan sonra təzahür edib. Həmkarıma bu dəstəyə görə təşəkkür etmək istərdim. Həmkarımı postmünaqişə dövründəki vəziyyət barədə məlumatlandırdım. İşğaldan azad edilmiş ərazilər, bərpa və tikinti işləri, eləcə də minalarla əlaqəli təhdidlərdən bəhs etdim. Həmçinin ona Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üzrə davam edən danışıqlar barədə məlumat verdim", - o deyib.

7News.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
50
7news.az

10Mənbələr