AZ

Rusiyada daha bir general saxlanıldı

FSB keçmiş müdafiə nazirinin müavini ordu generalı Dmitri Bulqakovu saxlayıb. 

Adalet.az xəbər verir ki, bu barədə Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. 

Məlumata görə, yüksək rütbəli hərbçi korrupsiya cinayəti ilə bağlı saxlanılıb. Ordu generalı həbs olunduqdan sonra o, 2-ci istintaq təcridxanasına yerləşdirilib. FSB onun qanunsuz fəaliyyətinə səbəb olan səbəbləri və şərtləri müəyyən etmək üçün istintaq hərəkətləri və əməliyyat tədbirləri həyata keçirir.

Dmitri Bulqakov 1976-cı ildə Lenin Komsomolu adına Volsk Ali Hərbi Təchizat Məktəbini, 1984-cü ildə Maddi-Texniki Təchizat və Nəqliyyat Hərbi Akademiyasını, 1996-cı ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

24 sentyabr 2022-ci ildə Dmitri Bulqakov Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Müfəttişlər İdarəsinin baş müfəttişi təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
40
adalet.az

10Mənbələr