AZ

Qəbələdə məktəb yanıb

Qəbələ rayonunun Zarağan kəndində orta məktəb yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. 

Yanğın ümumi sahəsi 2300 m² (hər mərtəbəsi 1150 m²) olan ikimərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsindəki ümumi sahəsi 30 m² olan otaqdan başlayıb. Alov məktəb binasının qalan hissəsinə keçməyib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
40
anews.az

10Mənbələr