AZ

“Bordo” iflas olduğunu açıqladı - klub peşəkar statusunu itirəcək

“Bordo” futbol klubu restrukturizasiya prosesinə başlamaq üçün Bordo Kommersiya Məhkəməsinə iflas haqda ərizə ilə müraciət edib.

Arena.az bu barədə Fransa klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

“Bordo”nun hesabatında vurğulandığı kimi, Kommersiya Məhkəməsi tezliklə kollektiv məhkəmə prosesinin başlandığını elan edəcək ki, bu da dərhal klubun öz peşəkar statusunu itirməsinə səbəb olacaq.

Bəyanatda əlavə edilib ki, “bu, davam edən restrukturizasiya prosesinin qaçılmaz nəticələrini daşıyacaq çətin bir qərardır”. Müflis olmasına rəğmən, klub gənclər komandalarını inkişaf etdirməyə davam edəcək.

2022/2023-cü illər mövsümündən “Bordo” Fransanın Liqa 2 liqasında çıxış edirdi. Ötən mövsümü “jirondistlər” 50 xalla Liqa 2-nin 12-ci pilləsində başa vursalar da, inzibati cərimə olaraq daha aşağı dəstəyə – Nasyonal liqasına göndəriliblər.

Vaxtilə Fransanın avrokuboklarda mütəmadi iştirak edən ən iddialı klublarından biri olan “Bordo” indi həvəskarlar liqasında çıxış etməli olacaq. Bu isə 1881-ci ildə təsis edilmiş, Fransanın ən adlı-sanlı klublarından birinin böyük futbolda öz mövcudluğunu başa vurması deməkdir.

“Bordo”nun qənimətlər muzeyində 6 Fransa çepionluğu, 1 Liqa 2 çempionluğu, 4 Fransa Kuboku, 3 Fransa Liqa Kuboku, 3 Fransa Super Kuboku, 2 Alp Kuboku, Latın Kuboku və UEFA İntertoto Kuboku (1995) var. 1996-cı ildə isə “jirondistlər” UEFA Kubokunun finalçısı olublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
arena.az

2Mənbələr