AZ

“Bordo” 4-cü diviziona göndərilməsindən şikayət etdi

“Bordo” çətin iqtisadi vəziyyətinə görə 4-cü diviziona salınması ilə bağlı Fransa Futbol Federasiyasının (FFF) qərarından şikayət edib.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən məlumat verir.

Artıq, apellyasiya şikayətinin müvafiq orqanların baxışında olduğu vurğulanır. Yaxın vaxtlarda isə Fransa Futbol Federasiyasının maliyyə komissiyası müvafiq dinləmələr keçirməlidir.

“Klub hesab edir ki, yenidən təşkilatlanma prosedurunun açılması ilə başlayan restrukturizasiyasının uğuru onun tezliklə Fransa futbolunun elitasına qayıtmasını tələb edir”, – klubun rəsmi saytında “jirondistlər”in müvafiq xüsusda mövqeyi açıqlanıb.

2022/2023-cü illər mövsümündən “Bordo” Fransanın Liqa 2 liqasında çıxış edirdi. Ötən mövsümü “jirondistlər” 50 xalla Liqa 2-nin 12-ci pilləsində başa vursalar da, inzibati cərimə olaraq daha aşağı dəstəyə – Nasyonal liqasına göndəriliblər.

Vaxtilə Fransanın avrokuboklarda mütəmadi iştirak edən ən iddialı klublarından biri olan “Bordo” indi həvəskarlar liqasında çıxış etməli olacaq. Bu isə 1881-ci ildə təsis edilmiş, Fransanın ən adlı-sanlı klublarından birinin böyük futbolda öz mövcudluğunu başa vurması deməkdir.

“Bordo”nun qənimətlər muzeyində 6 Fransa çepionluğu, 1 Liqa 2 çempionluğu, 4 Fransa Kuboku, 3 Fransa Liqa Kuboku, 3 Fransa Super Kuboku, 2 Alp Kuboku, Latın Kuboku və UEFA İntertoto Kuboku (1995) var. 1996-cı ildə isə “jirondistlər” UEFA Kubokunun finalçısı olublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
arena.az

2Mənbələr