AZ

Vəndamlılar meşələri qıranlara qarşı hərəkətə keçdilər: nazirin istefası tələb olundu

Qəbələnin  Vəndam kəndinin sakinləri meşələrin kütləvi şəkildə məhv edilməsinə qarşı hərəkətə keçməyə məcbur olublar. 

Bu barədə sakinlər "Arqument.az"a danışıblar. 

Onar deyiblər ki, iyulun 24-də bir qrup kənd sakini Vəndam meşələrindən işlik material daşıyan 2 yük avtomobilinin qarşısını kəsiblər. 

Hadisənin video-görüntülərindən məlum olur ki, regional meşə təsərrüfatı mərkəzinin rəhbər şəxslərinin icazəsi ilə hər gecə 5-6 maşın işlik material daşınır. Amma işbazlar elədikləri əməlin qanunsuz olduğunun fərqində olduqlarından maşınlardakı yüklərinin üstünü örtürlər.

Hadisənin görüntülərini təqdim edirik:  

Aidiyyati qurumlardan meşələrin məhv edilməsinə qarşı tədbir görülməsini tələb edən Vəndam sakinləri "Arqument.az"a bildiriblər ki, nazir Muxtar Babayev ekologiyanın bu cür məhv olunmasına göz yumduğu üçün COP29-un prezidenti vəzifəsini haqq etmir. 

Ən azından belə biabırçı faktlara görə, o həm nazir, həm də COP29-un prezidenti vəzifəsindən istefa verməlidir. Çünki son bir ayda Vəndam meşələrinin qanunsuz şəkildə məhv edilməsi ilə bağlı bir neçə dəfə faktları sosial şəbəkələrdə və mətbuatda işıqlandırmağa nail olsalar da, Ekologiya və Təbii Sərvətlər Nazirliyi günahkarların, yəni regional meşə təsərrüfatı mərkəzinin rəhbər şəxsləri barəsində heç bir tədbir görməyib. 

Onların sözlərinə görə, meşələrin qırılması eyni intensivliklə davam etdirilir. 

Sakinlər bundan sonra Vəndam meşələrinə asi olan ekologiya işçiləri ilə yanaşı, işbazlara qarşı da sərt tədbirlər görəcəklərini və buna məcbur qaldıqlarını deyirlər.

Bir həftə əvvəl "Arqument.az" Vəndam meşələrində sanitar-qırma sahələri adı altında işbazların sağlam və təmiz ağacların kəsilməsi görüntülərini ictimailəşdirmişdi

Həmin yazıda sakinlərə istinadən qeyd olunmuşdu ki, hər gün Vəndam meşələrindən 3-4 maşın işlik material daşınır. Həmçinin işbazlar hər hansı bir dolayda sanitar qırma sahəsini istədiyi kimi müəyyənləşdirlər. Bu prosesdə regional təsərrüfat idarəsindən heç bir məsul şəxs və ya mütəxəssis iştirak etmir.

Kənd sakinləri bütün qanunsuz ağac qırılmalarında Vəndam meşəbəyliyinin gözətçisi Kənan Fətullayevi və regional meşə təsərrüfatı mərkəzinin direktoru Əkrəm Babayevin birbaşa xəbəri olduqlarını deyirlər. Əks halda qanunsuz ağac kəsənlərə qarşı dərhal inzibati tədbirlər görüldüyünü bildiriblər. 

Vəndam meşəbəyliyinin sahə rəisi Kənan Fətullayev meşələrdə baş verən qanunsuzluqlara görə, Qəbələ rayon Məhkəməsinin 12.02.2024-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 259.3 və 308.1 maddələri ilə təqsirli bilinirək 11 000 manat cəriməyib. Amma Kənan Fətullayev Əkrəm Babayev və nazirlikdəki himayəçilərinin hesabına hələ də vəzifəsində saxlanılıb. 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
15
arqument.az

10Mənbələr