AZ

“Zelenskiyə dedim ki, müharibəni bitir, onlar Hitleri belə məğlub ediblər” – Tramp

ABŞ prezidentliyinə namizəd Donald Tramp “Fox News” telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə bu yaxınlarda baş tutan telefon danışığının təfərrüatlarını açıqlayıb.

7Times.az xəbər verir ki, Tramp söhbət zamanı Zelenskidən müharibəni sonlandırmasını istədiyini bildirib. ABŞ-nin keçmiş prezidenti həmsöhbətinə xatırladıb ki, Moskva Hitler və Napoleonun qoşunlarını məğlub edə bilib, ona görə də Kiyev bu münaqişəyə son qoysa yaxşı olar.

“Prezident Zelenski mənə zəng etdi və söhbətimiz yaxşı keçdi. Ona dedim ki, biz bu müharibəni bitirməliyik. Rus ordusu hərbi maşındır. Siz hərbi maşınla qarşı-qarşıyasınız. Onların etdikləri budur – müharibələr aparırlar. Hitlerə qalib gəldilər. Napoleonu məğlub etdilər. Dedim ki, rusların milyonlarla minası, tankı var və biz bu müharibəni bitirməliyik”,-deyə Tramp bildirib.

Eks-prezident Rusiya- Ukrayna savaşının günahkarı kimi Ağ Evin hazırkı rəhbəri Co Baydeni tənqid edib. Tramp münaqişənin başlamasının səbəblərindən biri kimi Co Baydenin dünya neft qiymətlərini saxlaya bilməməsini göstərib. Trampın fikrincə, qara qızılın bir barelinin qiymətinin 100 dollara yüksəldilməsi Rusiya büdcəsinə xeyli pul axınını təmin edib və bu, xüsusi hərbi əməliyyatın keçirilməsinə imkan yaradıb.

Bundan əlavə, Tramp qeyd edib ki, Moskva və Pekin ABŞ ordusunun Əfqanıstandakı zəifliyini gördü və buna uyğun addım atdı: “Mən hesab edirəm ki, Putinin xüsusi əməliyyata başlamasının səbəblərindən biri Əfqanıstanı görməsi, oradan necə çıxdığımızı izləməsi idi. Bunu Putin, Çin lideri Si Cinpin gördü”.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
43
7times.az

10Mənbələr