Rusiyanın Kaluqa vilayətinin Jizdrinski rayonunda "Mi-28" hərbi helikopteri qəzaya uğrayıb.
Bakuinfo.net xəbər verir ki, ilk məlumatı Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa özünün "Telegram" kanalında paylaşıb.
"Qəza yerində əməliyyat qrupu və xilasedicilər çalışırlar", - deyə qubernator bildirib.
Qısa müddət sonra Rusiya Müdafiə Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb: "Kaluqa bölgəsində "Mi-28" vertolyotu qəzaya uğrayıb, ekipaj üzvləri həlak olublar"