AZ

Rusiyada hərbi helikopter qəzaya uğradı: Ölənlər var

Rusiyanın Kaluqa vilayətinin Jizdrinski rayonunda "Mi-28" hərbi helikopteri qəzaya uğrayıb.

Bu barədə ilk olaraq Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa özünün "Telegram" kanalında məlumat verib.

"Qəza yerində əməliyyat qrupu və xilasedicilər işləyirlər", - deyə qubernator qeyd edib.

Qısa müddət sonra hadisə barədə Rusiya Müdafiə Nazirliyi (MN) də məlumat yayıb.

"Kaluqa bölgəsində "Mi-28" vertolyotu qəzaya uğrayıb, ekipaj üzvləri həlak olublar", - Rusiya MN-nin məlumatında qeyd olunur.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
3
cebheinfo.az

10Mənbələr