Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Salbuzov küçəsində qeydə alınıb. Rayon sakini Bəxtiyar İsmayıl oğlu İsmayılova məxsus evin dam örtüyü ildırım vurması nəticəsində yanıb. Ümumi sahəsi 70 kv/m olan evin dam örtüyünün 50 kv/m hissəsi yanıb. Əraziyə İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar.
Digər tikililər yanğından mühafizə olunub.