AZ

İsmayıllıda evə ildırım düşdü

İsmayıllıda yanğın hadisəsi baş verib.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Salbuzov küçəsində qeydə alınıb.

Rayon sakini İsmayılov Bəxtiyar İsmayıl oğluna məxsus evin dam örtüyü ildırım vurması nəticəsində yanıb.

Ümumi sahəsi 70 kv/m olan evin dam örtüyünün 50 kv/m hissəsi yanıb.

Əraziyə cəlb olunan İsmayıllı rayon yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.

Digər tikililər yanğından mühafizə olunub.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
13
bakupost.az

10Mənbələr