ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris fikir ayrılıqları barədə fərziyyələrə baxmayaraq, Qəzzadakı münaqişənin həlli ilə bağlı ortaq mövqedədirlər.
RİA Novosti xəbər verir ki , bu barədə Ağ Ev məlumat yayıb.
“Aydındır ki, prezident və vitse-prezident arasında heç bir uyğunsuzluq olmayacaq”, – bəyanatda deyilir.
Bundan əvvəl Bayden və Harrisin iyulun 25-də Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə ayrı-ayrılıqda görüş keçirəcəyi barədə məlumat yayılmışdı.
Eyni zamanda Politico yazıb ki, Harrisin xarici siyasət və müdafiə sahəsində təcrübəsi yoxdur.
DOĞRU.AZ