AZ

1934-də layihələndirilən avtomobil indi istehsal edildi - FOTO

Audi şirkəti böyük konstruktor Ferdinand Porşenin yarımçıq qalan arzusunu reallaşdırıb. 

Avtosfer.az xəbər verir ki, şirkət 1934-cü ildə layihələndirilmiş avtomobili orijinal çertyojlar əsasında istehsal edib. Həmin ildə “Schnellesportwagen” layihəsi çərçivəsində ümumi yollar üçün adaptasiya edilmiş idman avtomobilinin hazırlanması qərara alınır. 
Type 52 adı verilən avtomobilin layihələndirilməsinə dövrün böyük avtomobil konstruktoru Ferdinand Porşe rəhbərlik edir. Məqsəd 200 km/saat sürətlə hərəkət edəcək avtomobil hazırlamaq idi. Lakin 1935-ci ildə layihə üzərində iş dayandırılır, bütün sənədlər arxivə verilir. 
Bu il isə Audi böyük konstruktorun arzusunu reallaşdırmaq istəyir. Arxiv materialları çıxarılır, britaniyalı mütəxəssislər də işə cəlb olunur. Sosialst Almaniyasında qalan ərazidə o dövrün idman avtomobilləri və sənədlərin bir hissəsi it-bata düşdüyü üçün mühəndislər bəzi improvizasiyalar etmək məcburiyyətində qalırlar. Avtomobilin mühərriki, transmissiyası və sürətlər qutusu o dövrün idman avtomobilləri tipində olsa da, asqı sistemi tam müasirdir.
Cəmi 1 ədəd olan avtomobildə bir maraqlı məqam da var: 3 nəfərlik maşında hamı qabaq cərgədə əyləşir. Sürücünün yeri isə ortadadır. 
Audi bu avtomobildən sərgilərdə istifadə etməyi planlaşdırır.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
50
avtosfer.az

10Mənbələr