İsrail Qəzzada təhlükəsiz bölgə saxlamayıb.
Sitat.info xəbər verir ki, Xan Yunis şəhərinə hücumları zamanı bir gündə 89 fələstinlini şəhid edən İsrail ordusu "təhlükəsiz bölgə" elan etdiyi Əl-Məvasiyə də hücum edib. Oktyabrın 7-dən bəri Qəzzada öldürülən fələstinlilərin sayı 39 mini keçib.
İsrail ordusu mülki insanları hədəfə alaraq Xan Yunusda yenidən qətliam törədib. Xan bir gündə Yunis şəhərinə etdiyi hücumlarda 89 fələstinlini öldürüb.
Qəzzada hökumət hücum nəticəsində 263 fələstinlinin yaralandığını, 68 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
İsrail Xan Yunusun qərbində təhlükəsiz zona elan etdiyi El Mevasi bölgəsinə də hücum edib.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları İdarəsi Qəzzada hücuma məruz qalmayan təhlükəsiz yer olmadığını vurğulayıb.
Xan Yunusda cəmi bir gündə 150 min insan didərgin düşüb. Səhiyyə sistemi çöküb, xəstəxanalar yaralıları müalicə etməyi çatdıra bilmir.
Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik deyib ki, İsrailin təxliyə əmrlərinin hər biri insanların həyatını pozur.
Qəzzadakı Hökumət Media Ofisi 15 min yaralı və xəstənin xaricdə müalicəyə ehtiyacı olduğunu bildirib.
Qəzzada 71 mindən çox hepatit hadisəsinin aşkar edildiyi, 10 min xərçəng xəstəsinin müalicəyə ehtiyacı olduğu bildirilib.
Türkan,
Sitat.info