Yellouston Milli Parkında hidrotermal partlayış baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" məlumatına görə, bu barədə parkın saytında məlumat verilib.
İlkin məlumata görə, xəsarət alan olmayıb, lakin partlayışın miqyası hələlik bəlli deyil. Parkın mətbuat xidməti partlayışın vulkanik sistemə təsir etmədiyini bildirir.