AZ

Olimpiada iştirakçıları Parisdəki yaşayış şəraitindən narazıdır

Paris Olimpiya Oyunlarında iştirak edəcək bir sıra idmançılar Olimpiya kəndindəki yaşayış şəraitindən narazılıqlarını bildiriblər.Metbuat.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb. Qeyd olunub ki, idmançılar sosial şəbəkələrdə karton çarpayılardan, yeməklərdən, televizorun olmamasından şikayətlənirlər.“Bu, zarafat deyil, gördüyünüz kimi, olimpiya çarpayısı kartondandır”, - fransalı cüdoçu Jülyen Bryular deyib. Nəşrin yazdığına görə, onun sözlərini avstraliyalı su poloçusu Matilda Körns də təsdiqləyib.

Vurğulanıb ki, karton çarpayılar idmançılar üçün sürpriz olmayıb, çünki 2021-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarında onlardan artıq istifadə olunub. Amma o zaman da bu addım tənqid olunmuşdu. Builki olimpiada üçün isə təşkilatçılar Yaponiyanın “Airweave” şirkətindən 16 min belə çarpayı sifariş ediblər.

Seçilən
72
14
metbuat.az

10Mənbələr