Türkiyə millisinin sabiq üzvü Umut Bulut futbolçu karyerasını başa vurub.
Bizim.Media xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Umut Bulut karyerası ərzində "Ankaragücü", "İnegölspor", "Trabzonspor", "Tuluza", "Qalatasaray", "Kayserispor", "Yeni Malatyaspor", "Eyüpspor" və "Sarıyer"də çıxış edib.
O, Türkiyə yığmasında 39 rəsmi matçda 10 qol vurub və 2 məhsuldar ötürmə edib. U.Bulut ümumilikdə karyerası ərzində 515 oyuna 163 qol vurub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta