AZ

XXI əsrin ən yaxşı futbolçuları - TOP-10

“Barselona”nın keçmiş hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi məşhur idman nəşri ESPN-in versiyasına görə XXI əsrin ən yaxşı futbolçusu seçilib. Matc.az xəbər verir ki, ikinci sırada “Əl-Nəsr”də çıxış edən “Real”ın sabiq futbolçusu Kriştiano Ronaldo yer alır. İlk üçlüyü “Barselona”nın və “Arsenal”ın sabiq hücumçusu Tyerri Anri tamamlayır. ESPN-in versiyasına görə XXI əsrin ən yaxşı on futbolçusu: 1. Lionel Messi (Argentina). 2. Kristiano Ronaldo (Portuqaliya). 3. Tyerri Anri (Fransa). 4. Zinəddin Zidan (Fransa). 5. Luka Modriç (Xorvatiya). 6. Kilian Mbappe (Fransa). 7. Andres İnyesta (İspaniya). 8. Xavi (İspaniya). 9. Ronaldo (Braziliya). 10. Ronaldinyo (Braziliya).    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
24
matc.az

10Mənbələr