AZ

De La Fuente: “Yamal hələ də böyüməlidir”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “Barselona”nın 17 yaşlı vingeri Lamin Yamal haqda fikirlərini bölüşüb.



Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Yamalın hələ də böyüməsinin lazım olduğunu bildirib:



“Laminə veteranlardan böyük dəstək var idi. Bütün bu müddət ərzində onu mühasirəyə alıb düz yola yönəltdilər. Yamal yaşına görə kifayət qədər yetkin futbolçu olsa da, onun hələ də böyüməsi lazımdır. O, güclənməlidir, şəxsiyyət kimi böyüməyə davam etməlidir, dəyərlər qazanmalıdır. Bunun sayəsində o, peşəkar kimi yetişəcək”.



Lamin Yamal İspaniya millisi ilə 2024-cü il Avropa çempionatının qalibi olub. O, turnirin ən yaxşı gənc futbolçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərLamin Yamal Luis de la Fuente

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
24
komanda.az

10Mənbələr