AZ

Tramp Ukrayna və Qəzzadakı savaşı dayandıracağını təkrarladı: "Bunu Kamala Harris heç bir şəkildə bacara bilməz"

ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkisində iddialı namizəd olan Donald Tramp ölkəsində səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Tramp bildirib  ki, iyulun 25-i Floridada Netanyahunu qəbul edəcək: "Prezident olduğum ilk müddətdə Yaxın Şərqdə sülh və sabitlik hökm sürürdü. Hətta Abrahim razılaşmaları da imzalandı. Bu, yenə olacaq".

Tramp daha sonra Ukraynadakı müharibəyə toxunub: "Dövlət başçılarına əvvəllər dediyim kimi, yumşaq güc yolu sülhə nail olacam, müharibələri bitərəcəm. Orada milyonlarla insan ölür. Kamalə Harris ("Demokrat"ların prezientliyə namizədi olması gözlənilir - mia.az) heç bir şəkildə bacarmaz. O, savaşlara mane ola bilməz".
 
Lamiyə Əhmədli

MİA.AZ

Seçilən
17
mia.az

1Mənbələr