AZ

Bayden Amerika xalqına müraciət edəcək - FOTO

 

ABŞ Prezidenti Cozef Bayden sabah Amerika xalqına müraciət edəcəyini təsdiqləyib

Bayden bu barədə rəsmi “X” hesabında yazıb.

“Sabah axşam yerli vaxtla saat 20:00-da (25 iyul Bakı vaxtı ilə saat 04:00-da – red.) Oval kabinetdən xalqa qarşıda nələrin gözlədiyi və Amerika xalqı üçün işi necə başa çatdıracağım barədə çıxış edəcəyəm”, - deyə o yazıb.

Qeyd edək ki, bu açıqlama ABŞ prezidentinin səhhətinin pis olması və hətta ölümü ilə bağlı şayiələr fonunda verilib. O, seçki yarışından rəsmən geri çəkildikdən sonra ictimaiyyət qarşısına çıxmayıb. 


Seçilən
110
2
news365.az

10Mənbələr