ABŞ Prezidenti Co Bayden sabah seçki kampaniyasından imtinası ilə bağlı xalqa müraciət edəcək.
Sfera.az xəbər verir ki, bu barədə “Washington Post”un jurnalisti Teyler Peycer “X”də məlumat yayıb.
“Baydenin prezidentlik yarışından çıxması ilə bağlı nitqi sabaha planlaşdırılır”, - deyə jurnalist bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Bayden “X”də rəsmi məktub paylaşaraq, seçki yarışından geri çəkildiyini və öz namizədinin adını açıqlamışdı. Həmin paylaşılan məktubda hökümətin rəsmi möhürü olmadığı üçün vətəndaşlar və bir sıra yerli KİV Baydenin vəfat etdiyi barədə iddialar səsləndirmişdi.