AZ

Ağadadaş Ağayevi hansı cəza gözləyir? — Hüquqşünas açıqladı

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev Binəqədi rayonu ərazisində yerləşən özəl tibb müəssisəsinin gözətçisiylə mübahisə edib. Mübahisə zamanı müğənni əlindəki baltanı ona tərəf atıb. Hədəfdən yayınan balta yaxınlıqda olan qadının ayağına dəyib. Hadisə ilə bağlı hər iki şəxs polis tərəfindən saxlanılıb. 

Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən  hüquqşünas Əsabəli Mustafayev bildirib ki, Ağadadaş Ağayevin balta ilə hücum etməsi olduqca ciddi məsələdir: 

“Bütün bunların hamısını öncə gərək istintaq araşdırsın. Düzdü, hadisə ilə bağlı videogörüntülər var. Bu özlüyündə əsas sübutlardan biridir. Yazılanlardan belə başa düşülür ki, birinci Ağadadaş Ağayev hücum edən tərəf olub. Lakin görünən odur ki, idmançı daha güclü olub və onu yıxaraq döyüb. Əvvəl aydınlaşdırmaq lazımdır ki, Ağadadaş Ağayevin bu baltanı gətirməkdə məqsədi nə olub. Bunu öncədən demək çətindir. Amma onun əlində balta ilə hücum etməsi çox ciddi məsələdir. Bu addımı həm adam öldürməyə cəhd, həm də ağır xəsarət yetirmə maddələri ilə bağlamaq olar”. 

Hüquqşünas xalq artistinin əməlinin daha ciddi məsuliyyət daşıdığını qeyd edib: 

Seçilən
20
3
demokrat.az

4Mənbələr