AZ

İyunda sosial müavinət və təqaüd alanların sayı açıqlanıb

İyunda 845 mindən çox şəxsə sosial müavinət və təqaüd verilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib. 

Onların 448 min nəfərdən çoxunu aylıq sosial müavinət, 397 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.  
 
2024-cü ilin altı ayında Azərbaycanda xüsusi şərtlərlə pensiya alanların sayı 144,714 nəfər təşkil edir. 
 
Hazırda ölkə üzrə kişilərin pensiya yaşı 65, qadınların isə pensiya yaşı 64 hesablanır. 
 
 Dövlət Statistika Komitəsinin son hesabatına görə, Azərbaycanda 1 milyon 97 min 300 pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
 
Onların 64,2 %-i  yaşa, 23,5  %-i  əlilliyə, 12,3  %-i  isə ailə başçısını itirməyə görə pensiya alır.
 
Təyin olunmuş pensiyaların orta aylıq məbləği 490,7 manatdır.

 
2024-cü il yanvarın 1-nə Azərbaycanda minimum məbləğdə pensiya alanların sayı 34 min 276 nəfərdir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
56
20
anews.az

10Mənbələr