AZ

Türkiyədə FETÖ işi üzrə daha 11 şübhəli saxlanılıb, 5-i həbs olunub

Türkiyənin Mersin şəhərində FETÖ-yə qarşı əməliyyat keçirilib.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, FETÖ-nün maddi təşkilatlanmasına qarşı həyata keçirilən əməliyyat nəticəsində 11 şübhəli saxlanılıb. Onlardan 5-i məhkəmənin qərarı ilə həbs olunub. Digərləri isə sərbəst buraxılıb.

Məlumata görə, şübhəli şəxslər xaricdən gətirilən maliyyə vəsaitini ölkə daxilindəki terror üzvlərinə paylamaqla məşğul olublar.
Seçilən
65
10
7news.az

10Mənbələr