AZ

“Danışır təcrübə” layihəsinin qonağı xarici işlər nazirinin müavini Yalçın Rəfiyev olub

Elm və Təhsil Nazirliyi, eləcə də tabe qurumlarının əməkdaşlarının davamlı inkişafı və müasir çağırışlara hazır olan kadrların yetişdirilməsi məqsədilə həyata keçirilən “Danışır təcrübə” layihəsi davam edir. 

 

Layihənin budəfəki qonağı xarici işlər nazirinin müavini Yalçın Rəfiyev olub.  

Yalçın Rəfiyev “Azərbaycanın COP29-a sədrliyi: prioritetlər və gözləntilər” mövzusunda çıxış edib. Nazir müavini bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-un məqsədləri, miqyası və hədəfləri ilə bağlı iştirakçılara ətraflı məlumat verib. 

 

Yalçın Rəfiyev həmçinin iqlim dəyişmələri və onun nəticəsində yaranan qlobal problemlərin həllinə töhfə verməyin Azərbaycanın əsas hədəflərindən biri olduğunu diqqətə çatdırıb.  

Sonda görüş iştirakçılarının sualları cavablandırılıb. 

 

Qeyd edək ki, “Danışır təcrübə” layihəsi çərçivəsində bu cür görüşlərin müntəzəm şəkildə təşkili nəzərdə tutulur.

Seçilən
27
5
qht.az

6Mənbələr