AZ

Obama da Harrisi dəstəklədi

Co Bayden ABŞ tarixinin ən önəmli prezidentlərindən biridir.

“İki sahil” xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Barak Obama deyib.

Baydenin 4 ilə yaxındır ölkəni Donald Trampın prezidentliyindən qoruduğunu bildirən Obama, Baydenin bu seçkidə də risklərin fərqində olduğunu qeyd edib.

Klintonlar indi də Harrisi dəstəkləyirlər

Açıqlamasında Kamala Harrisin namizədliyini açıq şəkildə dəstəkləməyən Obama, "Önümüzdəki günlərdə bir qədər bilinməyən sularda üzəcəyik, amma partiya liderlərimizə (Co Bayden – red.) tam güvənirəm", deyib.

Xatırladaq ki, Obamadan əvvəl ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton da ABŞ-ın vitse-prezidenti Kamala Harrisi Demokratlar Partiyasından prezidentliyə namizədi kimi dəstəklədiklərini açıqlayıblar.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
174
21
ikisahil.az

10Mənbələr