İspaniyanın "Betis" klubunun hücumçusu Borxa İqlesias digər La Liqa təmsilçisi "Selta"ya keçib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı ispaniyalı futbolçu 2024/2025 mövsümünün sonuna qədər icarəyə verilib.
Qeyd edək ki, ön xətt oyunçusu ötən mövsüm icarə əsasında Almaniyanın "Bayer 04" klubunda oynayıb. B.İqlesias ötən mövsüm UEFA Avropa Liqasının 1/8 finalında "Qarabağ"a qarşı həm ev, həm də səfər matçlarında meydana çıxıb.