AZ

“Sabah”ın Sloveniya hazırlığı – sırada “Makkabi” var

Yeni mövsümdə Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Sabah” Sloveniyadakı təlim-məşq toplanışını başa vurub.

Krunoslav Renduliçin yetirmələri turnirin II təsnifat mərhələsində İsrailin “Makkabi” komandası ilə qarşılaşacaq. İlk oyun Macarıstanda olacaq və “Sabah” əlavə yol yorğunluğu olmasın deyə Sloveniyadan Budapeştə yollanıb. Komanda hazırda bu şəhərdə məskunlaşıb və Hayfa təmsilçisi ilə görüşdən (25 iyul) sonra Bakıya qayıdacaq.

Yay hazırlığını “Sabah” üçün qənaətbəxş hesab etmək olar. Sloveniyada dörd yoxlama görüşü keçirən “futuristlər” 2 qələbə, 2 heç-heçə ilə yadda qaldı. Heyətə yeni cəlb edilən Coy-Lens Mikels, Neqoş Kupusoviç sınaq matçlarında fərqlənməklə uyğunlaşmada problem yaşamayacaqlarını göstərdilər. Mikels daha öncə də “Sabah”da çıxış edib və komandanı, çempionatı tanıyır. Azərbaycan Kupusoviç üçün yeni çağırış olsa da, qolu və aktiv oyunu ilə diqqət çəkməyi bacarıb.

Rux (Ukrayna) – Sabah 1:2
Sabah – Krivbas (Ukrayna) 2:2
Çukariçki (Serbiya) – Sabah 0:0
Koper (Sloveniya) – Sabah 0:1.

“Sabah” üçün ilk rəsmi sınaq “Makkabi”yə qarşı olacaq. Düzdür, təcrübəsinə və heyətinin keyfiyyətinə görə israillilər bir addım öndə görünsə də, “Sabah” cəbhəsi asan təslim olmaq niyyətində deyil. Ötən il Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda Serbiyanın “Partizan” komandasını məğlub etməyi bacaran “futurislər” Macarıstandan yaxşı nəticə ilə dönməyi hədəfləyir. Heç-heçə olsa belə Bakıdakı cavab oyunu öncəsi şansları saxlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
futbolpress.az

10Mənbələr