AZ

Türkiyə Azərbaycana neçə milyon dollarlıq hazır geyim ixrac edir?

2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin Azərbaycana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,3 faiz azalaraq, 29,3 milyon dollara bərabər olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.

“Bu ilin iyun ayında Türkiyə Azərbaycana 3,3 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 45 faiz azdır”, – deyə nazirlikdən bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
48
publika.az

10Mənbələr