AZ

Azyaşlının əli ətçəkən maşında qaldı

Azyaşlı uşağın əli ətçəkən maşında qalıb.

Publika.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, əli ətçəkən maşında qalan 27.01.2023-cü il təvəllüdlü körpə valideynləri tərəfindən xəstəxanaya çatdırılıb:

“Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilərkən körpənin sağ əli elektron ətçəkən maşına keçmiş vəziyyətdə olub. Xəstəxananın tibbi heyəti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının operativliyi nəticəsində qısa zamanda körpənin əli ətçəkən maşının içərisindən çıxarılıb. O, rentgenoloji müayinə olunduqdan sonra həkim-cərrah Ağasoltan Əmirov tərəfindən yumşaq toxumaların cərrahi proseduru həyata keçirilib”.

Məlumata görə hazırda körpənin vəziyyəti qənaətbəxşdir və ambulator müalicə üçün evə buraxılıb.

Seçilən
61
17
publika.az

10Mənbələr