AZ

Hər tərəfdən İsrailə hücum: Livandan hava təhdidi həyəcanı

Husilərin Təl-Əvivə hücumundan şoka düşən İsrail, Livandan hava sahəsinə daxil olan “hava təhdidi”nin qarşısı alındığını açıqladı.

Turkustan.az xəbər verir ki, İsrail ordusu gecə saatlarında Təl-Əvivə pilotsuz uçuş aparatının (PUA) hücumundan sonra Livan hava məkanından daxil olan "hava təhlükəsi"nin zərərsizləşdirildiyini bildirib.

İsrail Ordusunun sözçüsü tərəfindən verilən açıqlamaya görə, səhər saatlarında Livanın hava məkanından daxil olan “hava təhdidi”nin qarşısı alınaraq, qəlpələrin düşməsi halında bölgəyə hücum həyəcanı verildiyi bildirilib.

Təl-Əvivin mərkəzində ABŞ səfirliyi yaxınlığında yerli vaxtla saat 03:00-da PUA-nın hücumu ilə güclü partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə partlayışın qəlpələri və zərbələri nəticəsində yaralanıb.

Yəməndəki husilər, radarların təsbit edə bilmədiyi və hava hücumundan müdafiə sistemlərinin qarşısını ala bilmədiyi "Yafa" adlı yeni İHA ilə Tel-Əvivi hədəf aldıqlarını açıqladı. Husilər İsrailin mərkəzini hədəf almağa davam edəcəklərini və Təl-Əvivin onlar üçün “təhlükəsiz zona” olduğunu açıqlayıblar.

Yəməndəki husilər daha əvvəl Qəzzaya hücumlarına cavab olaraq pilotsuz uçuş aparatları və raketlərlə İsrailə hücum etdiklərini açıqlamış və bu hücumların görüntülərini paylaşmışdılar.

İsrail ordusu bəyan edib ki, ilkin araşdırmalar nəticəsində hava radar sistemləri PUA-nı aşkar edib, lakin onu “təhdid” kimi təsnif etməyib, buna görə də hücum sirenləri səslənməyib və PUA məhv edilməyib. Qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələri PUA-nın vurulmalı olduğunu və hadisənin ciddi “səhv” olduğunu etiraf edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
125
50
turkustan.az

10Mənbələr