Amerikada azərbaycanlılar arasında qətl hadisəsi ilə bitən insident yaşanıb.
Bu barədə Musavat.com-a Amerikada yaşayan azərbaycanlılar məlumat verib.
Məlumata görə əslən Naxçıvandan olan Xəlil Xəlilov, Ənvər Quliyev və onun qayını Əhmədə avtomobilindən götürdüyü bıçaqla hücum edib. Ənvər Quliyev ürəyindən aldığı bıçaq zərbəsindən hadisə yerində dünyasını dəyişib. Qayını isə hazırda xəstəxanadadır və müalicəsini davam etdirir.
Ənvər Quliyev
Onların Zaqataladan olduğu bildirilir.
Amerika saytları hadisə ilə bağlı yazıb ki, iyulun 17-də saat 12 radələrində polis Viskonsin prospektinin 1800-cü məhəlləsindəki qarajın içərisində dava olması barədə xəbər alıb: "Daha sonra polislər xəstəxanaya çağırılıb və orada bıçaqlanmış iki nəfərin olduğu müəyyən edilib. Hadisə səbəbindən 36 yaşlı Ənvər Quliyev dünyasını dəyişib. Polis hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Xəlil Xəlilovu həbs edib".
Xəlil Xəlilov
Musavat.com-a məlumat verən mənbə bildirir ki, hadisəyə səbəb tərəflər arasında baş verən kiçik şəxsi mübahisə olub.
Musavat.com